Ronaldo azərbaycanlı azərkeşləri sevindirdi

ronaldo-azerbaycanli-azerkesleri-sevindirdi
Oxunma sayı: 646

Sentyabrın 11-də öz meydanında dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan milli komandasını qəbul edəcək Portuqaliya millisi ulduz futbolçu Kriştianu Ronaldonun əməyindən istifadə etməyə bilər. Belə ki, La Liqanın 3-cü turunda baş tutan “Real”(Madrid)-“Qranada” görüşündə Ronaldo zədələnərək meydanı tərk edib. Olimpiya.az saytının məlumatına görə, Ronaldo ən azı iki həftə yaşıl meydanlara çıxa bilməyəcək.

Bu isə o deməkdir ki, Portuqaliya-Azərbaycan qarşılaşmasında Ronaldo azarkeş qismində olacaq.