Rövnəq Abdullaev Foqtsun getməyindən danışdı

rovneq-abdullaev-foqtsun-getmeyinden-danisdi
Oxunma sayı: 645

Trend-in məlumatına görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib ki, İcraiyyə Komitəsinin iclası çağırılacaq və müvafiq qərar qəbul ediləcək. "Biz hələ qərar verməmişik, Berti Foqtsla da danışmamışıq", - Abdullayev deyib.

AFFA prezidenti ötən mərhələ üçün Foqtsun başçılığı altında Azərbaycan yığmasının normal futbol sərgilədiyini bildirib. "Avropa çempionatının seçmə mərhələsini keçmək üçün gərək futbol inkişaf etsin. 12 klubunun oyunçularının yarısı yüksək səviyyəli futbolçular olsunlar", - o deyib.

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi, alman mütəxəssis Berti Foqts ötən həftə Almaniyanın "Frankfurter Allgemeine" qəzetinə müsahibəsində cari ilin sonunda vaxtı bitən müqaviləsini uzatmayacağını deyib.