Rövnəq Abdullayev BP-ni satın alır

rovneq-abdullayev-bp-ni-satin-alir
Oxunma sayı: 672

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Türkiyə mətbuatı bu ölkəyə Petkim neftkimya şirkəti ilə addımını atan SOCAR-ın gözünün maye yanacaq paylama bazarında olduğunu iddia edib. Bunun üçün isə SOCAR-ın İngiltərərnin BP şirkətinin razılığını əldə etməsi lazımdır.

Nəşrin dərc etdiyi xəbərə görə, Türkiyədə maye yanacaq paylama bazarı getdikcə daha da inkişaf edir. “Doğan Holdinq”in bu bazarın 60%-ni əldə etməsindən sonra uzun müddətdir ki, Türkiyədə bu işə daxil olmaq istəyən Azərbaycanın dövlət neft şirkəti Socarın nəhəng bir şirkətlə bu sektora addım atacağı iddia edilir.

Socarın 2010-cu ildə Meksika körfəzində baş verən fəlakətdən sonra bəzi ölkələrdən çıxarılma qərarı alan İngiltərənin neft nəhəngi BP ilə danışıqlar masasında olduğu ifadə edilir.

Türkiyədə bir müddətdir ki, kulislərdə dolaşan xəbərlərə görə, Türkiyə bazarından çıxacağı iddia edilən BP-nin bu ölkədə 599 stansiyası var. SOCAR BP-ni satın alacağı təqdirdə bu sektorda ilk 4-lüyə girmiş olacaq. Beləliklə də maye yanacaq paylama şirkəti qurduqdan sonra İngiltərənin BP şirkətini alacağı təqdirdə SOCAR sektora yeni daxil olan bir ölkə kimi avantaj qazanmış olacaq.

Socarın Türkiyə rəhbəri Kenan Yavuz ötən aylarda verdiyi açıqlamalarından birində maye yanacaq paylama sektorunda hər hansı bir satın almanın ola biləcəyinə, yaxud yeni bir şirkət qura biləcəklərinə işarə etmişdi.

Bundan başqa, 2008-ci ildə “Turcas” ilə birgə Petkimin 51%-ni 2 milyard 40 milyon dollara satın alan SOCAR-ın ortağı ilə birgə yeni addımlar atdığı bildirilir.

Səidə