Rövnəq Abdullayev dəm qazından zəhərlənmələrə münasibət bildirdi

rovneq-abdullayev-dem-qazindan-zeherlenmelere-munasibet-bildirdi
Oxunma sayı: 646

Trend-in məlumatına görə, ARDNŞ prezidenti Rövnəq Abdullayev bazar ertəsi jurnalistlərə açıqlamasında son vaxtlar dəm qazından zəhərlənmə faktlarının artmasından narahatlığını bildirib və qeyd edib ki, belə halların aradan qaldırılması rəhbəri olduğu qurumun səlahiyyətində deyil.

Onun sözlərinə görə, binalarda havalandırma sistemlərinin işləməməsi dəm qazından zəhərlənmə hallarının baş verməsinə səbəb olur.

"Binaların ventilyasiya sisteminin təmizlənməsi ARDNŞ-nin səlahiyyətində deyil. Bu işdə abonentlər tədbirlər görməli, mənzil-istismar idarələrinə və müvafiq qurumlara vaxtında müraciət etməlidirlər", - Abdullayev vurğulayıb.

Son aylar respublikada dəm qazından zəhərlənmə və ölüm hallarının sayı kəskin artıb.