Rövnəq Abdullayev geri çəkildi

rovneq-abdullayev-geri-cekildi
Oxunma sayı: 716

Bu barədə “Qafqazinfo”ya məlumat verən zavod sahibi Səhhət Zülfüqarlı bildirib ki, zavoda daxil olmağa mane olan neft şirkəti işçiləri dünən heç bir izahat vermədən oranı tərk ediblər: “Biz 10-cu polis bölməsinə müraciət etdik, polislər gəlib hadisə ilə maraqlanandan sonra bizi zavoda buraxmayan neft şirkəti işçiləri çıxıb getdilər. Hazırda zavod əvvəlki iş rejiminə qayıdıb”.

S. Zülfüqarlı vurğulayıb ki, ola bilsin Əlixan Məlikov öz payını neft şirkətinə satmaq istəyib: “Mən bu gün şərikim Əlixan Məlikovla əlaqə saxlayıb, bu barədə danışacam”.

Fatimə Kərimli