Rövnəq Abdullayev Zülfüqarlıların zavodunu ələ keçirdi

rovneq-abdullayev-zulfuqarlilarin-zavodunu-ele-kecirdi
Oxunma sayı: 650

Bu barədə “Qafqazinfo”ya Zülfüqarlı qardaşlarının vəkili Aslan İsmayılov məlumat verib. O, bildirib ki, ötən gecə ARDNŞ-in 20 silahlı nümayəndəsi zavoda daxil olublar. Onlar zavodun rəhbərliyi də daxil olmaqla bütün işçiləri oradan çıxarıblar: “Heç bir qərar, qayda olmadan zavodu ələ keçiriblər və bu gün də zavodu dağıtmaqla məşğuldurlar. Nə üçün zavoda sahibləniblər, bunu demirlər. Bu tam özbaşınalıq, qanunsuzluqdur”.

A. İsmayılov bildirib ki, bu zavod Respublikada yeganə iri diametrli boru istehsal edən zavoddur: “Oturublar zavodda, oranın sahiblərini içəri buraxmırlar. Əgər orada hər hansı qanunsuzluq varsa da, bunun üçün dövlətin aidiyyatlı strukturları – Daxili İşlər Nazirliyi, Prokurorluq, MTN var. ARDNŞ-in Təhlükəsizlik Xidmətinin başqa bir özəl şirkəti zəbt etməsinə nə ad qoymaq olar?! ”.

A. İsmayılov bildirib ki, sabah məsələ ilə bağlı aidiyyatlı qurumlara müraciət ediləcək.