Rövnəq Abdullayevin niyyəti

rovneq-abdullayevin-niyyeti-
Oxunma sayı: 704

Bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev jurnalistlərə müsahibəsində məlumat verib. ARDNŞ-nin Norveç şirkəti ilə iyirmi ildən artıq əməkdaşlıq etdiyini bildirən qurumun prezidenti qeyd edib ki, ARDNŞ-nin strukturunun yenidən qurulmasında da “Statoil”un təcrübəsindən istifadə olunub.

Noyabrın 10-da “Statoil” şirkətinin baş icraçı direktoru Helge Lund ilə Bakıda keçirilən görüş barədə məlumat verən R.Abdullayev bildirib ki, ARDNŞ “Statoil”la dünyanın müxtəlif bölgələrində əməkdaşlıq etmək niyyətindədir: “Statoil”un Şimal dənizində layihələri mövcuddur, bizim də müəyyən layihələrimiz vardır. Biz bununla bağlı yeni iş birliyi yaratmaq üçün müzakirələr aparırıq.
Hazırda ARDNŞ Türkiyə, Gürcüstan, Ukrayna, Rumıniya və digər ölkələrdə işləyir. Bunlar əsasən satışla əlaqədar olan işlərdir. Biz qərara gəlmişik ki, dünyanın digər regionlarında hasilatla da məşğul olaq və indi bununla bağlı işlər görülür”.