Rövnəq Abdullayevin qovduğu işçilər yolu bağladı

rovneq-abdullayevin-qovdugu-isciler-yolu-bagladi
Oxunma sayı: 651

Bu barədə APA-nın Mil-Muğan bürosuna aksiya keçirən neftçilər məlumat veriblər.

Bu gün saat 10:00 radələrində aksiyaya başlayan Qobustan Kəşfiyyat Qazma İşləri İdarəsinin Bakı-Qazax yolunun Qobustan ərazisindən keçən hissəsini bağlayıblar və nəticədə yolda böyük tıxac yaranıb. Yolun bağlanması bu saatlara qədər davam edir. Neftçi fəhlələrin narazılığı onların İdarəsinin bağlanması və bütün işçilərin ixtisara düşməsi ilə bağlıdır. Hələlik aksiya iştirakçıları ilə heç bir dövlət qurumu, o cümlədən ARDNŞ-in səlahiyyətliləri görüşməyib. Aksiya davam edir.

Məsələ ilə bağlı İdarədən daha ətraflı məlumat almaq mümkün olmayıb.

ARDNŞ-in bu günlərdə yaydığı rəsmi məlumata əsasən isə, şirkətin strukturunda aparılan islahatlar strukturun optimallaşdırılması və məsrəflərin azaldılması məqsədi ilə aparılır. İxtisara düşən işçilərə isə vakant iş yerləri, o cümlədən «Azəriqaz» İB-də və ARDNŞ digər bölmələrində iş təklif olunur.