Rövşən Bayramovdan gümüş, Emin Əhmədovdan isə bürünc - medal

rovsen-bayramovdan-gumus-emin-ehmedovdan-ise-burunc-medal-
Oxunma sayı: 658

“Qafqazinfo”nun məlumatına görə, 55 kq-da mübarizə aparacaq Rövşən Bayramovun startdakı – 1/16 final mərhələsindəki rəqibi rusiyalı Minqiyan Semyonov olub. Həmyerlimiz rəqibini məğlub edərək 1/8 finala yüksəlib.

Daha sonra amerikalı Tomas Manqoya ilə döyüşən idmançımız onu da məğlub edərək 1/4 finalda mübarizəyə adını yazdırıb. Onun 1/4 finalda rəqibi çinli Li Şujindi.

***
Rövşən Bayramov 1/4 finalda rəqibi çinli Li Şujin üzərində qələbə qazanmaqla yarımfinala vəsiqə qazanıb.
İdmançımızın finala çıxmaq üçün Cənubi Koreya təmsilçisi Qyunjin Çoi ilə güləşəcək

***
Rövşən Bayramov Cənubi Koreya təmsilçisi Qyunjin Çoini məğlub edərək finala vəsiqə qazandı. Onun finaldakı rəqibi iranlı güləşçi Məhəmməd Soryan olacaq.

***
Finalda Rövşən Bayramov iranlı Məhəmməd Soryana məğlub olaraq gümüş medal qazanıb.


***
Digər güləşçimiz 74 kq çəki dərəcəsində olan Emin Əhmədov mübarizəyə birbaşa 1/8 finaldan qoşulub. O, İslam Tolba (Misir) – Neven Zuqay (Xorvatiya) cütünün qalibi ilə güləşəcəkdi. Emin sonda xorvatla üz-üzə gəlməli olub və onu məğlub edib. Onun 1/4 finalada rəqibi gürcü Zurab Datunaşvilidi.

***
Emin Əhmədov gürcü idmançını məğlub edərək yarımfinala vəsiqə qazandı. Onun final yolunda rəqibi erməni idmançı Arsen Julfalakyan olacaq.

***
Emin Əhmədov erməni idmançı Arsen Julfalakyana məğlub olsa da, bürünc medal üçün mübarizə aparacaq.

***
Emin Əhmədov belarus Aleksandr Kikinyov üzərində qələbə qazanaraq bürünc medal qazandı.