“Rövşən Lənkəranksi”nin adamı qardaşını güllələdi

rovsen-lenkeranksinin-adami-qardasini-gulleledi
Oxunma sayı: 1022

Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, sentyabrın 4-də saat 22 radələrində 39 yaşlı Seyyub Paşayev güllələnib. Ağır güllə yarası ilə 1 saylı Şəhər Xəstəxanasına çatdırılan S.Paşayev orada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) və qanunsuz odlu silah saxlama (228) maddələri ilə cinayət işi başlanıb.

Binəqədi Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, qətldə şübhəli bilinən Teyyub adlı şəxs artıq tutulub.

***

“Qafqazinfo” xəbər verir ki, qətli törədən Teyyub Paşayev kriminal avtoritet “Rövşən Lənkəranksi”nin adamıdır. Teyyubun kriminal aləmdə olması isə mərhum qardaşı Seyyubu narahat edirmiş. Ona görə də hadisə baş verən gün böyük qardaşlarının evində olan zaman Seyyubun ona kriminal aləmin axırının olmamasını və bu həyatdan uzaqlaşmasını tələb etməsi onun xoşuna gəlməyib və qardaşını öldürüb.


Kriminala meylli Teyyub "razborka"larda iştirak edirmiş. Qətli Seyyubun Rəsulzadə qəsəbəsində yerləşən evində törədib. Odlu silahdan açılan atəş Seyyubun qarın nahiyəsindən dəyib və damarını yaralayıb. O, qanaxmadan dünyasını dəyişib.