Röya bütün sənətçiləri qabaqlayır – İlkin nəticələr

roya-butun-senetcileri-qabaqlayir-ilkin-neticeler
Oxunma sayı: 658


“Qafqazinfo”nun “Bunlardan hansı canlı əfsanə ola bilər?” başlığı ilə keçirdiyi sorğu davam edir. Artıq 3 gündür başlayan sorğuda bu vaxta qədər 451 nəfər iştirak edib. Sorğuda adları göstərilən müğənniləri Röya Ayxan böyük səs üstünlüyü ilə qabaqlayır. Bu günə oln nəticələri təqdim edirik.

Sorğuya 143 səslə Röya liderlik edir. 80 səslə Brilliant Dadaşova ikinci, 37 səslə Aygün Kazımova üçüncü yerdədir. Sonrakı yerlər belə paylaşılır: Zülfiyyə Xanbabayeva (36), Rəqsanə İsmayılova (29), Lalə Məmmədova (21), Safura Əlizadə (19), Nigar Camal (12), Aysel Teymurzadə (11), Eldar Qasımov (11), Faiq Ağayev (10), Elton Hüseynəliyev (8), Ramal Hüseynov (8), Nadir Qafarzadə (7), İradə İbrahimova (6), Ədalət Şükürov (4), Abbas Bağırov (5), Ayaz Qasımov (4), Zamiq Hüseynov (0).

Qeyd edək ki, sorğu iki həftə davam edəcək. Sorğuda iştirak etmək üçün hər ip-dən gündə bir dəfə səs vermək mümkündür. Səsvermədə iştirak etmək istəyənlər saytda yerləşdirilən sorğu rubrikasına müraciət etməlidirlər.