Röya “əclaf” axtarır

roya-eclaf-axtarir
Oxunma sayı: 688

“Qafqazinfo”nun məlumatına görə, müğənni ATV-nin "10-lar" verilişinə açıqlamasında təkcə işıq və kamera xərclərinin 30 min avro tutduğunu deyib. Klip sözləri Azad İsayevə, musiqisi Nailə Mirməmədliyə aid "Bir az da sən ağla mənim yerimə" mahnısına çəkilir.

Rəna Qulamovanın rejissorluq etdiyi klipi gürcülərdən ibarət yaradıcı heyət çəkir. Gürcüstan şirkətindən olan çəkiliş qrupu indiyədək klip çəkməyib, cizgi fimləri ekranlaşdırırb. Bütün kadrlar ayrı-ayrı kameralar tərəfindən çəkilir. Geyimlər də xüsusi olaraq klip üçün tikilib.

Röyanın klipdəki tərəf-müqabili gürcülərdən ibarət çəkiliş qrupunun icraçı prodüseridir. Yerli modellərin xarici görünüşünün obraza uyğun olmadığını deyən ifaçı çıxış yolunu klipi çəkən şirkətin icraçı prodüserində tapıb: "Bizim kişi modellərin üzündə bir incəlik var, mənə isə əclaf lazım idi. Yəni mənfi obraza uyğun biri lazım idi".

Nigar