Röya rekord vurdu – Yarım milyon

roya-rekord-vurdu-yarim-milyon
Oxunma sayı: 715

“Qafqazinfo”nun məlumatına görə, “Youtube” saytında 17 müxtəlif yerləşdirmələrin nəticələrinə əsasən “Sənə görə”nin yükləmə və dinləmə sayı 500 mini keçib.

Qeyd edək ki, “Sənə görə” Röyanın Hüseyn Abdullayevlə işbirliyi nəticəsində ifa olunan və hər dəfə də hitə çevrilən mahnılardan növbətisidir və bu yayın ən çox dinlənilən mahnıları sırasında birinci yerdədir. “Sənə görə”də H. Abdullayev digər bəstələrindən fərqli olaraq sonluqda Röya ilə birgə nəqərat hissəsini də oxuyub.

Xatırladaq ki, bu mahnı Röyaya bir çox ilkləri bəxş edib. Belə ki, mahnının hazırda çəkilişləri gedən klipi müğənniyə 30 min manata başa gəlib. Bu da ölkənin klip tarixində ən bahalı klip olacaq.

http://www.youtube.com/watch?v=s1abUEAMtZE


Nigar Məmmədli