Röya tanınmış bəstəkarla duet oxuyacaq

roya-taninmis-bestekarla-duet-oxuyacaq
Oxunma sayı: 688

Bu xəbəri Milli.Az xəbər portalına Röyanın prodüseri Kənan Bayramov bildirib. Xəbərə görə, duet mahnının sözləri Nailə xanımın Röya ilə işbirliyinə başladığı gündən üzübəri yazılan mahnılar toplusundan götürülüb. Hər iki tərəf bu yeniliyin maraq yaradacağına əmindir.

Öyrəndik ki, duet ilk dəfə geniş tamaşaçı üçün Röyanın yaxın aylarda Heydər Əliyev sarayında verəcəyi konsertində səslənəcək. Orada Nailə xanımın daha bir neçə yeni bəstəsi ifa olunacaq.

Konsertdən söz düşmüşkən, Kənan bildirdi ki, konsertin repertuarı yenilənir. Buraya əsasən Röyanın bir vaxtlar hit olan mahnıları yeni versiyada daxil edilir. Konsertin tarixi isə hələ bəlli deyil.

Röyanın daha bir konserti tanınmış əcnəbilərdən biri ilə təşkil ediləcək. Bu, yuxarıda nəzərdə tutulan konsertdən bir neçə ay sonra gerçəkləşəcək. Layihəni quran prodüser Kənan özüdür. O, qonaq siyahısında təxminən 5-6 sayda əcnəbi tanınmışın adının olduğunu bildirdi.

"Bunlar namizəd siyahısıdır. Hələlik ad çəkə bilmirəm, ona görə ki, onlardan biri dəqiqləşməli, qalanları siyahıdan çıxarılmalıdır. Çünki konsert üçün bir nəfər nəzərdə tutulub. Bu adam türk, rus və digər xarici ünlülər arasından seçilib. Təyin olunan tarixə hansı ilə razılığa gəlsək, onun adını çəkəcəyik", - deyə prodüser bildirdi.