Roya yenidən gəlinlikdə – Fotosessiya

roya-yeniden-gelinlikde-fotosessiya-
Oxunma sayı: 771

Oktyabrın 1-də Röya Ayxan və Rəhim Rəhimlinin “RR şou” adlanan növbəti möhtəşəm konserti baş tutub. Röyanın mətbuat katibi Ülviyyə Alovlunun “Qafqazinfo”ya verdiyi məlumata görə, proqram “Rövşən ritm qrupu”nun ifası ilə başlanıb. Bundan sonra səhnəyə Rəhim Rəhimli çıxıb. Müğənnini ifası boyu “Flamenko” ləqəbli İntizar müşayiət edib. Az sonra bu coşquya Röya da qoşulub.
Gecə boyu bir-birindən çox sevilən hitlərini təqdim edən cütlük həmişəki kimi gənc ifaçılara da dəstək olublar.
Niyam Selami, Sevda Yahyayeva, Lamiyə, rep ifaçısı və Röyanın oxşarı sayılan Pərvanə də səhnəyə çıxıb məharətlərini göstəriblər. Konsert boyu rəqqasə Nailə Dadaşova, İlham rəqs qrupu, Ukrayna və Rusiyadan dəvət olunmuş rəqqaslar rəngarəng şou nümayiş etdiriblər.
Üç saatdan artıq davam edən şou ərzində Röya və Rəhim gözoxşayan libasları ilə də yadda qalıblar.
Konsertdən sonra tamaşaçılar səhərədək diskoteka sədaları altında əyləniblər.

Nigar