Röyanın qardaşı “İnter”də oynayır

royanin-qardasi-interde-oynayir
Oxunma sayı: 731

Hər-halda belə olmasaydı, Röyanın qardaşı İsmayıl İsmayılzadə yaşıl meydanlara üz tutmazdı. Türkiyədə futbol məktəbi keçən İsmayıl artıq "İnter"in əvəzedici heyətində məşqlərə qoşulub. Bir həftədən artıqdır ki, Tofiq Mustafayevin rəhbərliyi altında məşqlər edən futbolçu özünü yaxşı tərəfdən göstərib.

Baş məşqçi futbolçu haqqında bunları deyib: "İsmayıl məşqlərə özünü yaxşı tərəfdən göstərdi. Görünür ki, futbolçunun uşaq məktəbi güclü olub. Bildiyimə görə, Türkiyədə "Gənclərbirliyi" futbol məktəbində futbolun ilk sirlərini öyrənib. O, sağ cinahda həm müdafiədə, həm də yarımmüdfiədə oynaya bilər. Artıq futbolçu iə müqavilə bağlamışıq. Kollektivə tam uyğunlaşandan sonra ola bilin ki, qarşıdakı turlarda ona şans verim. Bu, 19 yaşlı futbolçunun özündən asılı olacaq".