“Brügge”nin hücumçusu Bakıda meydan oxudu

bruggenin-hucumcusu-bakida-meydan-oxudu
Oxunma sayı: 640

Qol.Az-ın məlumatına görə, bu sözləri “Brügge”nin hücumçusu Byörn Vleminks deyib. Ötən mövsüm Hollandiyada bombardir olduqdan sonra yenidən “Brügge” yə qayıdan futbolçu seçimini belə izah edib:

“Avrokuboklarda çıxış etdiyi üçün “Brügge”nin təklifini qəbul etdim. Avropa macərası mənim üçün başlıca səbəb oldu. İndi bu həyəcanı davam etdirmək üçün “Qarabağ” səddini keçməliyik”.

Bakıda ilk dəfə olduğunu söyləyən Vleminks paytaxtımızla bağlı təəssüratlarını bölüşüb:

“Azərbaycana səfər etməyin də öz gözəlliyi var. Bakıda olmamışam. Buranı ilk dəfədir ki, görürəm. Düzdür, şəhəri gəzmək imkanımız olmayıb. Amma ilk baxışdan Bakı məndə xoş təəssürat oyatdı”.