Ruhani İdarə festivala etirazını bildirdi

<b>Ruhani İdarə festivala etirazını bildirdi</b>
Oxunma sayı: 140

ANS PRESS-in Rusiya mətbuatına isinadən verdiyi məlumata görə, festivalda Qran-priyə əslən türk olan Almaniya vətəndaşı Sibel Kəkilli sahib çıxıb. Əslində burada təəccüblü heç nə olmazdı, Sibel Kəkillinin qaranlıq keçmişi olmasa idi.

Belə ki, Sibel Kəkilli əvvəllər porno filmlərdə çəkilməklə məşhurlaşıb. Pornosənayedə Dilarə ləqəbi ilə məşhur olan Sibel Kəkilli bir müddət islamı tənqid etməklə də gündəmə gəlmişdi. Bütün bunları nəzərə alan Tatarıstanın Müsəlman-Ruhani idarəsinin rəhbəri İldus Fayzov respublikanın Mədəniyət Nazirliyinə etiraz məktubu ünvanlayıb.

Qeyd edək ki, Sibel Kəkilli Kazan kinofestivalında “Özgə” filmində ifa etdiyi baş rola görə ən yaxşı qadın aktrisası adına layiq görülüb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi