Ruhi xəstə Bakıda bütün binanı ayağa qaldırdı

ruhi-xeste-bakida-butun-binani-ayaga-qaldirdi
Oxunma sayı: 647

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda, 1 nəfər mənzilin eyvana çıxıb səs-küy salaraq qonşuları narahat edərək köməyə ehtiyac yaranıb. “Qafqazinfo”nun FHN-in saytına istinadən məlumatına görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin eyvanında olan və mənzil qapısını açmaqdan imtina edən 1970-ci il təvəllüdlü Fərid Faiq oğlu Süleymanova psixoloji təsir göstərərək qapını açmasına nail olublar.

Adı çəkilən şəxs hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilmiş və aparılan ilkin tibbi müayinə zamanı onun ruhi xəstə olduğu müəyyən edilib.

Əməliyyat saat 12:43-də başa çatıb.