Rumın müğənni özünü Tarkana bənzətdi-Foto+Video

rumin-mugenni-ozunu-tarkana-benzetdi-fotovideo
Oxunma sayı: 689

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, Rumıniyanın “Antena1” telekanalında yayımlanan “Cunocs de Undeva” adlı müsabiqədə Delia Matachenin Tarkanı təqlid etməsi münsifləri də coşdurub.

Qeyd edə ki, müsabiqədə ölkənin səkkiz məşhur müğənnisi yarışıb. Delia Matache səhnəyə üzünü də Tarkana bənzədərək çıxaraq, Meqastarın “Şımarık” mahnısını səsləndirib.

Başındakı pariki və saqqalı ilə Tarkana bənzəyən müğənni tamaşaçılardan sürəkli alqışlar alıb. Qadın tamaşaçılardan bəziləri səhnəyə çıxıb müğənni ilə birgə mahnını oxuyublar.

Qeyd edək ki, müsabiqə bir sosial layihəyə dəstək üçün keçirilir.