Rus nazir Klintonu həddini aşmaqda ittiham etdi

rus-nazir-klintonu-heddini-asmaqda-ittiham-etdi
Oxunma sayı: 634

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O, bildirib ki, Rusiya bu qərarı dəstəkmləməyəcəyi təqdirdə Qərb ölkələri onu Suriyada baş verənlərə görə günahkar sayacaq.

Kofi Annanın sülh planını dəstəklədiklərini deyən S. Lavrov, BMT-nin Suriya ilə bağlı hazırladığı qərarda bəzi qərbli güclərin sənədləri təhrif etdiyini və sənədlərə Əsədin mütləq getməli olduğunu bildirən ifadələri daxil etdirdiklərini vurğulayıb.

İyulun 6-da Parisdə keçirilən “Suriyanın dostlar”nın toplantısında ABŞ-ın dövlət katibi Hillari Klintonun Suriyada baş verən qarşıdurmaları nəzərdə tutaraq “Rusiya və Çin bunun əvəzini ödəcəyək” işlətdiyi ifadəsinə cavab olaraq S. Lavrov bildirib ki, Suriyadakı qarşıdurmaların uzanmasında Çini və Rusiyanı günahlandırmaq və “əvəzini ödəyəcəklər” ifadəsini istifadə etmək həddi aşmaq deməkdir.