Rus zabitləri azərbaycanlı biznesmeni oğurlamaq istədi

rus-zabitleri-azerbaycanli-biznesmeni-ogurlamaq-istedi
Oxunma sayı: 633

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, iş adamı İlham Rəhimova məxsus “Sadovod” bazarında çalışan 35 yaşlı Ramil Rzayevi silahla təhdid edərək onu maşına əyləşməyə və onlarla getməyə məcbur ediblər. Hər iki şəxs dərhal saxlanılıblar. Saxlanılan zaman onların üzərində Federal Təhlükəsizlik Bürosunun zabitləri olduqlarını təsdiqləyən sənəd və xidməti tapança aşkar olunub.

Məlum olub ki, hər iki zabitlər biznesmeni oğurlamağa cəhd etməmişdən bir həftə əvvəl onun çalışdığı bazara gələrək pul tələb ediblər. İkinci səfərləri zamanı isə onu silahla hədələyiblər. Məhz bundan sonra sahibkar polisə müraciət edib.