Rusiya atəşkəsin pozulmasından narahatdır

rusiya-ateskesin-pozulmasindan-narahatdir
Oxunma sayı: 635

“Qafqazinfo” APA-ya istinadən məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç deyib.

A. Lukaşeviç bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi ölkə kimi tərəfləri münaqişəni sülh yolu ilə həll etməyə, güc tətbiq etməkdən çəkinməyə çağırır: “Mən bir daha Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin bu il yanvarı 23-də Soçi görüşündə birgə bəyanatlarını xatırladıram. Həmin bəyanatda deyilirdi ki, sülh danışıqları davam etməlidir. Bildirmək istəyirəm ki, iyunun 18-də Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birgə görüşü olacaq. İnanmaq istəyirik ki, bu görüşdə son hadisələrə, atəşkəsin pozulmasına aydınlıq gətiriləcək. Rus vasitəçi ölkə kimi ümid edir ki, tərəflər prezidentlərin Soçi görüşünün nəticələrinə sadiq qalacaqlar”.

Rusiya XİN-in xüsusi nümayəndəsi ATƏT-in Minsk Qrupunun effektini itirməsi barədə verilən suala cavabında deyib ki, Rusiya bu yanaşma ilə qətiyyən razı deyil: “Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri olaraq, vasitəçi ölkə kimi münaqişənin sülh yolu nizamlanmasında səylərini davam etdirəcək”.