“Rusiya Azərbaycana böyük ölçüdə silah satır” -İddia

rusiya-azerbaycana-boyuk-olcude-silah-satir-iddia
Oxunma sayı: 640

Stratfor Özəl Elmi Korporasiyasının yaradıcısı, icraçı direktoru və baş analitiki Corc Fridman Putinin Yaxın Şərq səfəri, Türkiyəyə məxsus təyyarənin vurulması, Əsəd rejimi və Ermənistandan bəhs edən geniş məqalə yazıb. Məqalədə həmçinin İsrailin Azərbaycanı silahlandırması məsələsinə də toxunulub. “Qafqazinfo”nun məlumatına görə, məqalədə Rusiya prezidenti Putinin bu posta təyin edilməsindən sonra ilk dəfə iyunun 25-də İsrailə səfər etdiyi deyilir. Hər iki tərəfin eyni maraqlar sferasında hərəkət etdiklərini deyən müəllif bu səfərin hansı məqsəd daşıdığını müəyyən etməyin çətin olduğunu vurğulayıb: “Nümunə kimi Azərbaycanın adını çəkə bilərik. Rusiya əvvəlki kimi bu ölkəyə böyük ölçüdə silah satır, lakin hazırda İsrail də bura az silah satışı həyata keçirmir. Onlar bu gün Azərbaycanı İranı müşahidə edə bilmək və ona hücum etmək üçün baza kimi istifadə edirlər. Rusiya Azərbaycanın 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərindən müharibə apardığı Ermənistanı dəstəkləyir, rəsmi olaraq hələ də müharibə vəziyyətindədir. Buna görə də, göründüyü kimi, o, İrana təhlükə yaratdığı üçün İsrailin hərəkətlərinə qarşı çıxmalıdır. Lakin Rusiya İsrailin Azərbaycanda fəaliyyətindən heç bir təhlükə görmür. İsrail üçün isə Ermənistan maraqlı deyil. Hər iki ölkə orada iştirak edir, müəyyən işlərə cəlb olunublar və hər ikisi Azərbaycanı mühüm ölkə hesab edirlər. Hər biri elə davranırlar ki, sanki belə təsəvvür yaranır ki, münaqişə qaçılmazdır, lakin münaqişə baş vermir.

Tamamilə eyni şeyi Suriyada baş verən daha aktual hadisələrlə bağlı da demək olar. Türkiyə təyyarəsinin vurulması isə bu səfərə tamamilə gözlənilməz dinamika verdi. Bunu başa düşmək üçün Rusiya və İsrailin strategiyasına, həmçinin Suriya üzərindəki maraqlarda münaqişənin “qəribə yoxluğuna” baxmaq lazımdır. Rusiyanın bu regionla çətin münasibətləri var və o, əsas diqqəti Suriya və İrana ayırır. Rusiyanın bu iki ölkəyə marağı kifayət qədər aydındır. Sovet İttifaqının süqutunu geopolitik fəlakət adlandıran Putin, Birləşmiş Ştatlara Rusiyanın əsas rəqibi kimi baxır. Onun fikrincə, Birləşmiş Ştatlar nəinki SSRİ-nin süqutundan NATO-nu genişləndirmək üçün istifadə edir, eyni zamanda regionda demokratik hərəkatlara dəstək olmaqla və onlardan amerikayönümlü hökumətin yaradılması üçün istifadə etməklə Rusiyanı əhatəyə almaq və əldə saxlamağa çalışır”.

Səidə