Rusiya bazarında azərbaycanlı güllələndi

rusiya-bazarinda-azerbaycanli-gullelendi
Oxunma sayı: 635

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Stavropoldakı “Cənub” tərəvəz bazarına bir neçə naməlum şəxs daxil olaraq əvvəlcə satıcıları təhqir ediblər. Daha sonra travmatik tapançalardan atəş açıblar. Satıcıların bəziləri açılan atəş nəticəsində yaralanıblar.

Rəsmi məlumatlara görə, 10-a yaxın şəxs yaralanıb. Aralarında Süleymanov Həsən adlı 34 yaşlı Azərbaycan vətəndaşı da var.