Rusiya Ermənistanla razılığa gəldi

rusiya-ermenistanla-raziliga-geldi-
Oxunma sayı: 640

İrəvan və Moskva Rusiya radiolokasiya stansiyasını Ermənistan dağlarında quraşdırmaqla bağlı razılığa gəliblər. Burada məqsəd Türkiyənin İncirlik NATO hərbi bazasında yerləşdirilən Amerika radarlarına qarşı dura bilməkdir. “Qafqazinfo”nun məlumatına görə, bu barədə İsrailin “Debka.com” saytı öz mənbəsinə istinad edərək xəbər verib.

Nəşrin yazdığına görə, belə bir qərar Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana yaxın günlərdə etdiyi səfəri zamanı tərəflərin razılığı əsasında verilib: “İran raketləri ilə bağlı Amerika Nüvə əleyhinə radar sisteminin də yerləşdiyi Neqevedəki İsrail bazası ilə məlumat mübadiləsi aparan Türkiyə stansiyası (Ankaranın əksini sübut etməsinə baxmayaraq) kimi Rusiyanın da Ermənistanda yerləşəcək analoq stansiyası Tehranla məlumat mübadiləsi aparacaq”.

Mənbənin sözlərinə görə, Ermənistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistana keçən həftə reallaşdırdığı görüşü İranı şimal və şərq qonşularının yardımı ilə potensial Amerika-İsrail hücumlarından müdafiə etmək idi.

Almaniyanın “Der Standart” nəşri də bu məsələyə toxunub: “Rusiya güman ki, Azərbaycandakı irihəcmli RLS-dən imtina edəcək və onu qonşu Ermənistana, NATO ilə sərhədə və bir ay əvvəl Amerika hərbiçiləri tərəfindən Tavr dağlarında tikilən yeni RLS-ə yaxın əraziyə köçürəcək. Kiçik Corc Buşun hökumətinin hədiyyəsi olan nüvə əleyhinə müdafiə sistemi ətrafında Rusiya-Amerika böhranı əvvəlki kimi həll yolundan uzaqdır. Tezliklə əksinə olaraq, Vladimir Putinin Kremlə qayıdışı raket qalxanına və radarlarına istiqamətlənən mübaliğəni daha da şişirdir”.

Nəşr qeyd edir ki, yeni RLS Ermənistan üçün təhlükəsizlik nöqteyi-nəzərindən əlverişli olacaq. Bu yolla da izolyasiya olunmuş ölkənin strateji əhəmiyyətini artırmaq mümkün olacaq. Bundan başqa, protektor rolu oynayan Rusiya yaxşı silahlanmış Azərbaycanla yeni müharibə ehtimalında əlavə zəmanətlə də təmin olunmuş olacaq. Belə olan halda isə, Rusiya ordusu Türkiyə-Ermənistan sərhədindəki Gümrü hərbi bazasından münaqişəyə müdaxilə edə biləcək . Nəşr Rusiyanın tam olaraq Ermənistan tərəfindən çıxış edəcəyinə əmin olmadığını, münaqişənin ilkin mərhələsində özünün dünyaya sülhün müdafiəçisi kimi göstərəcəyini yazır.

Qeyd edək ki, Qəbələ RLS-in icarəsi ilə bağlı razılaşma bu il başa çatacaq. Lakin Azərbaycan tərəfinin icarə haqqını qaldırması Rusiyanın yeni RLS axtarışına çıxmaq istəyinə təkan verib. Məsələ ilə bağlı Ermənistanın baş naziri Tiqran Sarkisyan bu yaxınlarda “Kommersant”a verdiyi müsahibəsində Rusiyanın Ermənistan da belə stansiya tikməsini müsbət qarşılayacağını bildirmişdi. O, tərəflərin razılıq əldə bilməyəcəyi təqdirdə ölkəsinin yeni RLS-in tikintisi üçün rəsmi Moskvaya ərazisini təklif edə biləcəyini söyləmişdi.

Səidə