“Rusiya hərbi bazası təhlükəsizliyimizin qarantıdır” - Sarkisyan

rusiya-herbi-bazasi-tehlukesizliyimizin-qarantidir-sarkisyan
Oxunma sayı: 638

“Bir milyard dollar Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi üçün limit deyil. “Qafqazinfo”nun erməni KİV-nə istinadən verdiyi xəbərə görə, bu sözləri prezident Serj Sarkisyan bu gün Moskvada həmkarı Vladimir Putinlə görüşündə deyib.

Onun sözlərinə görə, yaxın 2-3 il ərzində ticarət dövriyyəsini iki, hətta üç dəfə artırmaq mümkün olacaq. Sakisyan iki ölkə arasında hərbi-texniki əməkdaşlığın uğurunu da qeyd edib: “Biz Rusiya hərbi bazasının Ermənistanda yerləşdirilmə müddətini artırdıq. Hesab edirik ki, Rusiya hərbi bazasının Ermənistanda olması bizim təhlükəsizliyimizin qarantıdır”.