“Rusiya Qəbələ RLS-dən imtina edəcək”

rusiya-qebele-rls-den-imtina-edecek
Oxunma sayı: 636

Moskva və Bakı Qəbələ RLS-in icarə müddətinin uzadılması ilə bağlı danışıqlarda hələ ki, ortaq mövqeyə gələ bilməyib, ehtimal ki, Rusuya Azərbaycan tərəfindən irəli sürülən şərtlər altında stansiyanı icarəyə götürməkdən imtina edəcək.

“Qafqazinfo”nun “İntefax” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə hərbi diplomatik mənbə məlumat verib.

“Rusiya tərəfinin əvvəlki maliyyə şərtləri ilə, 2-3 il müddətinə müvəqqəti icarə müqaviləsinin imzalanması barədə təklifi Bakını qane etmir. Yəqin ki, saziş əldə edilməyəcək və Rusiya stansiyanı icarəyə götürməkdən imtina edəcək”,- deyə agentliyin müsahibi bildirib.

O həmçinin, söyləyib ki, bu vəziyyətə hazır olmaq üçün Rusiya Hava-Kosmik Müdafiə Qoşunlar hissəsinin tez bir vaxtda Arnavir yaxınlığındakı RLS-ə köçürülməsi üçün tədbirlər görülür.

“Armavir stansiyasının ilin sonuna qədər hazırda Qəbələ RLS-in əhatə dairəsində olan cənub istiqamətində raket risklərinin izlənməsini tamamilə təmin edəcəyi istisna edilmir”, - deyə agentliyin müsahibi bildirib.