“Rusiya və İran DAK-ı parçalamaq istəyir”

rusiya-ve-iran-dak-i-parcalamaq-isteyir
Oxunma sayı: 667

Bunu “Qafqazinfo”ya açıqlamasında Dünya Azərbaycanlıları Konqresinin Nəzarət Təftiş Komissiyasının (NTK) sədri Samir Əsədli deyib. Onun sözlərinə görə, iclasın iştirakçısı kimi adı qeyd olunanlar həmin vaxt Azərbaycanda olmayıblar: “Biz iclasa katib kimi yazılmış Oqtay Hüseynovla əlaqə saxladıq, o bildirdi ki, mənim belə bir qərardan xəbərim yoxdur”. Eyni zamanda NTK-nın da adından belə bir bəyanat yayıblar: “Biz o iclasda olanlarla da əlaqə saxladı və məlum oldu ki, onlar iclasda iştirak etmədiyi halda iştirakçı kimi adları qeyd olunub. Mən NTK-nın sədri kimi xahiş edirəm və tələb edirəm ki, bu adam, Səftər Rəhimli nizamnamə pozuntusuna yol verməsin. Belə bir toplantı keçirilməyib. Məlumatda adı qeyd olunan şəxslərdən Mustafa Kərimov NTK üzvlüyündən çoxdan istefa verib. Xaliq Ələsgərov Moskvada yaşayır və şəxsən mənə belə bir toplantıdan xəbərsiz olduğunu bildirib. Samir Adıgözəlli hazırda Gürcüstandadır. İyulun 20-də Səftər Rəhimli ona zəng edib və NTK-nın iclas keçirərək qərarlar qəbul etdiyini bildirib, “imzan gərəkdir” deyib. Samir Adığözəlli niyə komissiya rəhbərliyindən kiminsə onunla əlaqə saxlamadığını soruşanda Səftər Rəhimli onların hamısının DAK sədri Sabir Rüstəmxanlının tərəfini saxladığını deyib. Ramiz Haqverdi isə Səftər Rəhimlinin dostudur”.

NTK sədri bildirib ki, onların DAK-ı parçalamağa çalışmağının səbəbi Mirəşrəf Fətiyev və Bəhruz Həqqinin DAK həmsədri seçilməməsidir: “Onların həmsədr olmaq planı baş tutmayıb və Səftər Rəhimli vəzifəsindən azad olunandan sonra əllərinə fürsət düşüb. Mirəşrəf Fətiyev DAK-ın həmsədri ola bilmədiyi üçün bu adam and içib ki, mən DAK-ı parçalayacam. Onların həmsədr olmaq planı baş tutmayıb və həmsədrlikdən azad olunandan sonra Səftər Rəhimli də keçib onların tərəfinə əllərinə fürsət düşüb ki, bunu eləsinlər”.

S. Əsədli onu da vurğulayıb ki, DAK-ı Rusiyanın əli ilə parçalamaq istəyirlər: “DAK-ın içinə atılan məsələlər Rusiya ilə, İran mollalarından gəlir. Və Rusiyanın əli ilə DAK-ı parçalamaq istəyirlər.”

Hörmətli Səftər Rəhimlinin hüquqşünas olduğu halda yalan məlumat yaydığını deyən NTK sədri bildirib ki, hüquqşünas olan bir şəxs öz ləyaqətinə sığışdırıb belə yalan məlumat yaymaz. Yəqin ki, hüquqi terminləri yaxşı bilirsə, yalan məlumatların məsuliyyətini dərk etməlidir.

Fatimə Kərimli