“Rusiya yaxşı qiymət təklif edir”

rusiya-yaxsi-qiymet-teklif-edir-
Oxunma sayı: 657

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) beynəlxalq məsələlər və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov "Bloomberg” agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, əgər “Qazprom” ASC daha artıq Azərbaycan qazı almaq istəsə, 2015-ci ildən sonra Azərbaycan şimal istiqamətində qazın ixracını ildə 7 milyard kub metrə qədər artıra bilər:

“Azərbaycanı və Rusiyanı (Hacıqabul-Mozdok) birləşdirən magistral boru kəmərinin ötürücülük qabiliyyəti ildə 7 milyard kub metr təşkil edir və biz onu tamamilə doldurmaq vəziyyətindəyik”.

Vitse-prezidentin sözlərinə görə, Azərbaycan öz şimal qonşusuna ona görə qaz ötürür ki, Rusiya buna görə yaxşı qiymət təklif edir.

Qeyd edək ki, Azərbaycan Rusiyaya qaz nəqlini 2010-cu ildən başladıb.