Rusiyada dəhşətli təyyarə qəzası oldu- 44 ölü

rusiyada-dehsetli-teyyare-qezasi-oldu-44-olu
Oxunma sayı: 689

“Qafqazinfo”nun məlumatına görə, paytaxt Moskvadan Petrozavodsk şəhərinə yola düşən “RusEyr” hava yollarına aid Tu-134 tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 44 nəfər ölüb, 8-i isə yaralanıb. Moskvadan gecə saat 22:30 da yola düşən təyyarə Petrozavodsk hava limanına bir kilometr qalmış təcili eniş etmək məcburiyyətində qalıb. Nəticədə yerə sərt şəkildə çırpılan təyyarənin gövdəsi dağılıb. Göyərtəsində 52 nəfərin olduğu təyyarədə 8 uşağın olduğu bildirilir. Yaralıların vəziyyəti ağır olduğundan onlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. Ölənlər arasında Rusiyanın tanınmış hakimlərdən olan Vladimir Pettayın da olduğu qeyd edilir.

Səidə Teyyubqızı