Rusiyada küçə döyüşləri başladı - Video

rusiyada-kuce-doyusleri-basladi-video
Oxunma sayı: 674

“Qafqazinfo” Rusiya saytlarına istinadən xəbər verir ki, hazırda Moskvada gərgin vəziyyət yaranıb. Müşahidəçilər Rusiyada son 10 ilin ən kütləvi etirazlarının keçirildiyini bildirirlər. İnternetdə sosial şəbəkələrdə müxalifət qrupları tərəfdarlarını Moskvada və başqa şəhərlərdə etiraz aksiyalarına qoşulmağa çağırıblar. Küçələrə çıxan insanları sakitləşdirmək üçün Daxili Qoşunların əlavə bölmələri paytaxta yerləşdirilib. Daxili İşlər Nazirliyi isə ictimai asayişin qorunması üçün onsuz da dekabrın 1-də gücləndirilmiş iş rejimində işlədiklərini bildirib. “Kommersant” qəzetinin məlumatına görə payutaxta əlavə 50 min nəfərlik polis və 11500 nəfərlik daxili qoşun qüvvələri yerləşdirilib. ünən Moskvada seçkinin nəticələrinin saxtalaşdırıldığını deyən müxalifət fəallarının etiraz aksiyasında 300 nəfərə yaxın adam həbs edilib.

Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə ötən bazar keçirilmiş parlament seçkisi üzrə bülletenlərin artıq 100 faizi sayılıb. Və hakim Vahid Rusiya Partiyası 49,3 faiz səslə birinci yerdədir.

- Vahid Rusiya Partiyası – 238 mandat.
- Rusiya Kommunist Partiyası – 92 mandat.
- Liberal Demorkat Partiyası – 56 mandat.
- Ədalətli Rusiya – 64 mandat.

moskva.flv