Rusiyada kütləvi intihar şoku yaşanır

rusiyada-kutlevi-intihar-soku-yasanir
Oxunma sayı: 687

“Qafqazinfo”nun məlumatına görə, Rusiyanın paytaxtı Moskvada iki tələbə qızın birlikdə intihar etməsinin ardınca Sankt-Peterburq şəhərində iki gənc qızın oxşar şəkildə 10-cu mərtəbədən özlərini ataraq intihar etmələri ölkə gündəmini qarışdırıb. Rus psixoloqlar hadisələrin inkişafının dəhşətli olduğuna diqqət çəkirlər.
Moskvada 18 yaşında iki tələbə qız 14-cü mərtəbədən özlərini ataraq intihar ediblər. Qızlardan biri hadisə yerindəcə ölüb, o biri ağır şəkildə xəstəxanaya çatdırılıb. “RİA Novosti”yə açıqlama verən mühafizə xidmətinin əməkdaşı, “Qızların intihar ediyi binanın pilləkənlərində boş pivə butulkaları tapılıb. Çox güman ki, qızlar pivə içdikdən sonra balkondan tullanıblar”, - deyib. Life.news agentliyi intihar edənlərin Moskva Tibb Akademiyasının 2-ci kurs tələbələri Maya Solovyova və Marqarita Utkina olduğunu xəbər verib. Sözü gedən ai məktəbdən verilən açıqlamada yalnız M.Solovyovanın öldüyü bildirilib.
Birlikdə intihar binanın təhlükəsizlik kamerasında qeyd olunub.
Oktyabrın 31-də də Sankt-Peterburq şəhərində 15 yaşında iki qız əl-ələ tutaraq evin pəncərəsindən atılıblar. Çoxalan intihar hadisələrini şərh edən psixoloq Boris Polojiy, ikilikdə intharın başqa su-qəsd hadisələrinə təsir etdiyini deyib. Mütəxssis birlikdə baş verən intiharların daha çox gənclər arasında olduğunu bildirib.