Rusiyada növbəti mitinqə çağırış oldu

rusiyada-novbeti-mitinqe-cagiris-oldu
Oxunma sayı: 682

“Bizim “fərsiz sehrbaz” Çurovun istefasını tələb etməyə haqqımız var. O, siyasi məsuliyyətlə birgə cinayət məsuliyyəti də daşıyır. Biz seçki komissiyasının bütünlüklə dəyişməsini tələb etməliyik”, - deyə Mitroxin hamını 17 dekabrda meydanlara dəvət edib.

Bu aksiyada, həmçinin Vladimir Rıjkov, Boris Nemsov, Mixail Kosyanov və Yevgeniya Çirikova da çıxış ediblər.(deyerler.org)

Qeyd edək ki, Rusiya mətbuatı Moskvada mitinqə toplaşanların sayı barədə müxtəlif informasiyalar verib. Bu xəbərlərdə aksiya iştirakçılarının sayı 15-80 min nəfər arasında olduğu barədə məlumatlar var.

Moskvada keçirilən mitinq saat 14.00-da başlayıb, 18.00-da başa çatıb.