Rusiyada qətlə yetirilən azərbaycanlı ilə bağlı ilginc faktlar - “Danabaş”

rusiyada-qetle-yetirilen-azerbaycanli-ile-bagli-ilginc-faktlar-danabas-
Oxunma sayı: 6006



Moskvada qətlə yetirilən azərbaycanlı iş adamı İlqar Cəbrayılovla bağlı maraqlı faktlar ortaya çıxıb. “Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, qətlə yetirilən biznesmenin kriminal aləmdə “Danabaş” ləqəbi ilə tanındığı və “Ded Həsən”in klanında böyük fiqur olduğu deyilir. Onu hətta bu nüfuzlu mafiozun “katibliyinin rəisi” adlandırıblar.

Son illərdə “Danabaş”ın Aslan Usoyanın (Ded Həsən) ən yaxın adamlarından biri olduğu və onun kriminal aləmlə, məmurlarla, hüquq mühafizə orqanları ilə əlaqələrinə görə cavabdehlik daşıyırdı.

Bu əlaqələrə sübut olaraq “Novaya qazeta” digər bir nüfuzlu Rusiya mafiozunu – “Yaponçik” ləqəbli Vyaçeslav İvankovun dəfnindən olan fotonu dərc edib. Bu fotoda İlqar Cəbrayılov və onun mühafizəçilərinin olduğu da aydın görünür.

Xatırladaq ki, 52 yaşlı İlqar Cəbrayılov paytaxtın “Presnenskiy val” adlanan ərazisində qətlə yetirilib. Şahidlərin sözlərinə görə, onun “Toyota Land Cruiser” markalı avtomobili işıqforda dayananda killer ona yaxınlaşıb. Cinayətkar bir neçə dəfə atəş açdıqdan sonra Belarus vağzalı tərəfdə gizlənir. Aldığı yaralardan Cəbrayılov yerindəcə keçinir. Bundan başqa, onun avtomobilində 1986-cı il təvəllüdlü Efteyeva soyadlı xanımın da başından yaralandığı və ağır vəziyyətdə reanimasiyaya çatdırıldığı deyilir.

Rusiya Federasiyasının Moskva üzrə İstintaq Komitəsinin məlumatında isə ölən şəxsin adı İlqar Əliyev kimi göstərilib. Ehtimal olunur ki, hadisə baş verən yerdə axtarış apararkən Cəbrayılovun istifadə etdiyi bu soyadla yazılan sənəd tapılıb.

Nəşr bu sui-qəsd faktını "rus mafiyasının kralı"nın Ded Həsənin komandasının üzvlərinin ixtisarına yönələn sistemli qətllərdən biri kimi qeyd edib.

Səidə