Rusiyada seçki pozuntuları araşdırılır

rusiyada-secki-pozuntulari-arasdirilir
Oxunma sayı: 664

“Qafqazinfo”nun məlumatına görə, bu barədə informasiya Kremlin rəsmi saytında yerləşdirilib. Məlumatda qeyd olunur ki, təşviqat kampaniyasının başlanğıcından Federasiyanın 12 subyektndə 53 cinayət işi açılıb. Seçki kampaniyasının gedişatında pozuntularla bağlı 259 şikayət daxil olub. B şikayətlər əsasən “Ədalətli Rusiya” və Kommunist Partiyası tərəfindən edilib. Qeyd olunur ki, bütün şikayətlər üzrə yoxlamalar aparılır.

Xəbər verilir ki, 9 şikayət səsvermənin nəticələrnin saxtalaşdırmasına aiddir. Bunlardan beşi seçki qutularına artıq bülleten atılması, dördü isə seçicilərin ələ alınması ilıə bağlıdır.

Müxalifət seçkinin nəticlərini və Mərkəzi Seçki Komissiyasının qərarını şübhə altına alır. Müxalifət qüvvələri seçki pozuntuları ilə bağlı videorolikləri internetdə yerləşdiriblər.

Rusiya prezdienti Dmitriy Medevedev isə bu videomaterialların doğruluğuna şübhə edir. MSK sədri Vladimir Çurov da Rusiya prezidenti ilə eyni mövqedən çıxış edib.