Rusiyada yaşayan azərbaycanlını qəddarlıqla qətlə yetirdilər

rusiyada-yasayan-azerbaycanlini-qeddarliqla-qetle-yetirdiler
Oxunma sayı: 653

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, 29 yaşlı Azərbaycan vətəndaşının meyiti ötən gün gecə saat 00:30-da avtobus dayanacağından 50 metr aralıda aşkar edilib.

Araşdırma nəticəsində müəyyən edilib ki, 8 ildir ki, Rusiya paytaxtında müxtəlif ünvanlarda qeydiyyatsız yaşayan kişi bazar ertəsindən çərşənbə axşamına keçən gecə qətlə yetirilib. Qatil mərhumun iki mobil telefonu və üzərində olan bir miqdar pulunu götürüb.

Qətllə bağlı cinayət işi başlayıb. Kriminalistlər azərbaycanlının cəsədindən çıxarılan uzunluğu 1 metr, diametri 5 mm olan metal ox üzərində araşdırma aparırılar.