“Rusiyadan çox şey gözləyirik”

rusiyadan-cox-sey-gozleyirik
Oxunma sayı: 644

“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. O, bildirib ki, Rusiya ilə Azərbaycan arasında çox geniş spektrli məsələlər var ki, bunlar qarşılıqlı şəkildə müzakirə olunur, qərarlar qəbul olunur və həyata keçirilir. Şöbə müdiri Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın Rusiyadan çox şey gözlədiyini vurğulayıb: "Bu münaqişənin həllində dünyada Rusiyadan daha güclü təsirə malik olan dövlət yoxdur. Biz həm regional məsələlərdə, həm Dağlıq Qarabağ məsələsinə yanaşmada, həm Ermənistan üzərindəki mövcud təsiri nəzərə alaraq bu bəyanatı veririk. Sözün həqiqi mənasında, Ermənistan üzərində Rusiyanın təsiri dünyada analoqu olmayan bir təsirdir. İstədiyi istiqamətə bu dövləti yönəldə bilər, istənilən məsələdə konstruktivliyə yönəldə bilər. Bu anlamda Rusiyadan çox şey gözləyirik. Rusiya tərəfindən təşəbbüslər var, Putin və Medvedev tərəfindən bu istiqamətdə səylər nümayiş etdirilib. Güman edirik ki, bu səylər bundan sonra da davam etdiriləcək və bu il ciddi bir irəliləyişi müşahidə edəcəyik”.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 3-4-də Azərbaycana rəsmi səfər edəcək.