Rusiyadan daha bir Əsəd -Açıqlaması

rusiyadan-daha-bir-esed-aciqlamasi
Oxunma sayı: 646

Rusiya xarici işlər nazirinin köməkçisi Mixail Bogdanov suriyalı üsyançılarla Parisdə keçirdiyi görüşdən sonra “Le Fiqaro” qəzetinə açıqlama verib. Bogdanov Suriya rejiminin hələ də güclü olduğunu və böyük bir əksəriyyət tərəfindən dəstəkləndiyini deyib: “Əsəd özü bizə dedi. Nə qədər səmimi olduğunu bilmirəm. Lakin bizə bir şeyi açıq şəkildə söylədi. Əgər xalq onu istəməsə, yaxud seçkilərdə başqa birini seçərlərsə Əsəd gedəcək”.