Rusiyadan Gürcüstandakı seçkilərə - Münasibət

rusiyadan-gurcustandaki-seckilere-munasibet
Oxunma sayı: 662

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, parlament seçkilərinin rəsmi nəticələrin gözləmək lazımdır: “Gürcüstanda seçkilər baş tutdu...Orada səslərin hesablanması davam edir. İlkin məlumatlara görə, əksər əhalinin seçimi hazırki hakimiyyətin xeyrinə deyil. Rəsmi nəticələri gözləyəcəyik”.

Qeyd edək ki, Gürcüstan keçirilən seçkilərin ilkin nəticələrinə əsasən İvanişvilinin bloku hazırda qalibdir, lkain hələ ki səslərin cəmi 30 faizi hesablanıb. Bununla belə, prezident Saakaşvili artıq hakim partiyanın müxalifətə keçdiyini elan edib. Bununla da öz rəqibinin qalib gəlməsini faktiki olaraq qəbul etmiş olub.