Rusiyanın Ermənistan sevgisi – WikiLeaksdə

rusiyanin-ermenistan-sevgisi-wikileaksde
Oxunma sayı: 646

“Qafqazinfo”nun məlumatına görə, səfər zamanı Lavrov bəyan edib ki, Rusiya ATƏT-in Minsk qrupuna Dağlıq Qarabağ münaqişəsinin həllində dəstəyini ifadə edir. Rusiya XİN-nin sözlərinə görə, Moskva Azərbaycanın münaqişənin nizamlanmasını hər hansı bir arenaya, məsələn BMT-yə köçürülməsində istənilən cəhdinin qarşısını alacaq. Lavrov, həmçinin israrla Ermənistanı NATO və qərbin hərbi strukturlarıyla əməkdaşlığını məhdudlaşdırmağa çağırıb: “Ermənistan xatırlamalıdır ki, Rusiya ilə hərbi münasibətlər onun təhlükəsizliyində əsas yer tutur”.

Öz növbəsində Ermənistanın Xarici işlər naziri Vardan Oskanyan Lavrovu inandırmağa çalışdı ki, NATO ilə əlaqələr onun Rusiya ilə sıx münasibətlərinə xələl gətirmir. Eyni zamanda, onu da qeyd edib ki, Ermənistan qonşuları Gürcüstan və Azərbaycana imkan verə bilməz ki, NATO ilə sıx qarşılıqlı əlaqələr qursunlar.

Səidə Teyyubqızı