Rusiyanın mühafizə sistemini dağıdan qız

rusiyanin-muhafize-sistemini-dagidan-qiz
Oxunma sayı: 641

“Qafqazinfo” Lana Satorun bloquna istinadən xəbər verir ki, o, Moskva vilayətindəki Ximki şəhərində yerləşən “Enerqomaş” Elm-İstehsalat Birliyinin ərazisində asudə dolaşıb.
Bu müəssisə qapalı hərbi obyektdir və maye yanacaqlı raket mühərrikləri istehsal edir.

“Obyektə düşməyə çətinlik çəkmədik. Hasarda dəlik tapdıq və içəri girdik. Orada bizi kimsə saxlamadı. Müxtəlif konstruksiyaları dolaşdıq. Beş gecə oraya girib-çıxdıq və bizə kimsə “Dur!” demədi. Orada addımbaşı kameralar olsa da, mühafizə yoxdur”, - Lana Sator yazıb.

Bloqer qızın bu hərəkəti Rusiyada böyük qalmaqal yaradıb.

Rusiyanın Federal Təhlükəsizlik Xidməti hadisəni araşdırmağa başlayıb.