Rusiyanın qafqazlı dərdi - Video

rusiyanin-qafqazli-derdi-video
Oxunma sayı: 790

1967-cə ildə “Qafqaz əsiri” filmi çəkildi.

Burda qafqazlılar şəraba və qadınlara meyilli, bir az geridə qalmış təsvir olunurlar...

"Qafqaz Əsiri" filminin tanıtımı


Rusiyada mədəniyyət nazirliyi kinoda qafqazlı stereotipinə son qoymaq istəyir.

Nazirlik film çəkənlərə müraciət edib ki, qafqazlıları və ümumiyyətlə, etnik azlıqları kinoda daha pozitiv göstərsinlər.

Rusiya kinosunda, eləcə də əvvəlki SSRİ filmlərində Qafqaz mühüm rol oynayır.
Ancaq kinoda elə qafqazlı stereotipləri var ki, bu da qafqazlıların özlərinin xoşuna gəlmir.

KİNODA QAFQAZLI STEREOTİPİ

Bu stereotiplər hansılardır?

Bunu araşdıran Azadlıq Radiosunun əməkdaşı Daisy Sindelar yazır ki, qafqazlı stereotipinin kökləri səssiz sovet filmlərinə gedib çıxır.

O ilk filmlərdə qafqazlılar dağlarda yaşayan, öz torpaqlarına bağlı olan və gəlmələrə şübhə ilə baxan adamlar kimi göstərilirdi.

Belə obrazlara nümunə olan 1928-ci ilin səssiz “Eliso” filmi 1860-cə illərdə çeçenlərin Şimali Qafqazdan sürgün olunmasından və onların yerinə kazakların yerləşdirilməsindən bəhs edir.

İkinci Dünya Müharibəsi ərəfəsi çəkilən məşhur “Donuza baxan qadın və çoban” filmi Moskvada sərgidə tanış olan Dağıstanlı çobanla donuza baxan sarışın qızın sevgisindən bəhs edirdi və xalqlar dostluğunu təbliğ edirdi.

Ancaq bu filmdə qafqazlını rus aktyoru Vladimir Zeldinin oynaması diqqətdən qaçmadı.

"QAFQAZ ƏSİRİ"

1967-cə ildə “Qafqaz əsiri” filmi çəkildi.


Burda qafqazlılar şəraba və qadınlara meyilli, bir az geridə qalmış təsvir olunurlar.

Ancaq onlar eyni vaxtda, SSRİ-nin başqa yerlərindən olan daha təhsilli, ancaq sadəlövh həmvətənlərini geridə qoya bilirlər.

1977-ci ildəki “Mimino” filmi qafqazlı stereotipini möhkəmləndirdi.

Burda qafqazlılar yenə qadınlara meyilli, eyni vaxtda sadəlövh və hətta bir qədər küt adamlar kimi təsvir olunur.

Qafqazlı obrazından filmlərdə Şərq mistikası mənbəyi kimi də istifadə olunurdu. Buna nümunə 1966-cı ilin “Bela” filmidir. Bu film Lermontovun “Bizim dövrün qəhrəmanı” əsəri əsasında çəkilib.

Ancaq qafqazlı Bela roluna Moldovan aktrisası Silvia Berovanın çəkilməsi bir çoxlarını narazı saldı.

SSRİ dağılandan və Çeçen müharibəsi başlanandan sonra isə qafqazlı obrazı filmlərdə kəskin dəyişdi.

Balabanovun 2002-ci ildə çəkdiyi “Müharibə” filmi çeçenləri qəddar və amansız insanlar kimi göstərir.

QAFQAZLI OBRAZI KƏSKİN ŞƏKİLDƏ MƏNFİLƏŞİR

2008-ci il Rusiya-Gürcüstan müharibəsinə həsr olunan “Avqustun 8-i” filmi isə gürcüləri işğalçı kimi təsvir edir.

Çeçenləri və gürcüləri belə təsvir edən filmlər Kremlin sifarişlərini əks etdirirdi.

İndi isə Kremlin sifarişi deyəsən, dəyişir.
Kreml açıq bildirir ki, qafqazlı obrazı müsbət olsun.

Ancaq qafqazlıların özləri buna skeptik yanaşır.

Onlraın fikrincə, rus kinolarının qafqazlıları olduğu kimi göstərməsinə illər lazımdır. Hələliksə, rus kinoları qafqazlaların daha çox karikaturasını verir./AzadliqRadiosu/