Rusiyanın Qəbələ planları açıqlandı

rusiyanin-qebele-planlari-aciqlandi
Oxunma sayı: 684

“Qafqazinfo”nun Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, Bu barədə bu gün keçirilən mətbuat konfransında Rusiyanın müdafiə naziri Anatoli Serdyukov məlumat verib. Nazir bildirib ki, Rusiya hərbiçiləri bu stansiyanı tamamilə yenidən tikmək, başqa parametrlərlə dəyişmək istəyirlər. Serdyukovun sözlərinə görə, Azərbaycan tərəfi bu məsələyə etiraz etmir, lakin icarənin dəyərini kəskin artırmağı düşünür. Rusiya tərəfi isə əvvəlki qiyməti saxlamaqla icarəyə götürülən ərazini kiçiltməyi düşünür. Belə ki, nəzərdə tutulan yeni formada bu həcmdə kommunikasiyaya ehtiyac qalmayacaq.

Müdafiə naziri Qəbələ RLS ilə bağlı məsələlərin müzakirəsi üçün Müdafiə Nazirliklərinin, Xarici İşlər nazirliklərinin və sənaye nümayəndələrindən ibarət xüsusi işçi komissiyasının yaradıldığını xatırladıb. Bu yaxınlarda isə Bakıda bu komissiyanın görüşü olacağını qeyd edib. Serdyukov tərəflərin razılaşmayacağı ilə bağlı narahatlığının olmadığını da qeyd edib.

Qeyd edək ki, Rusiya MN-i bu yaxınlarda Azərbaycanla Qəbələ RLS –nin icarəsinin 2025-ci ilə qədər uzadılması üçün danışıqların aparıldığını bildirmişdi.

Səidə