Ruslan Bəşirli də hüquq müdafiəçisi olacaq – Müsahibə

ruslan-besirli-de-huquq-mudafiecisi-olacaq-musahibe
Oxunma sayı: 651



- Necəsiz?

- Səhhətim yaxşı deyil. Həkimə gedib-gəlir, ambulator müalicə olunuram. Müalicəm həbsdə olduğum vaxtdan başlanıb. İndi həkim deyir ki, ürəyində ciddi problemlər var. Güman edirəm, zamanla aradan qalxar bu problemlər...

- İş-güc sarıdan planlarınız nədir?

- Hüquq müdafiəsi sahəsində çalışmaq fikrim var. Hesab edirəm ki, uzun müddət həbsdə olmağım hüquq müdafiəsi sahəsində fəaliyyət göstərməyim üçün müəyyən təcrübə verib. Neçə-neçə adam həbsdən çıxandan az sonra cinayət törədib yenidən həbsxanaya qayıdır. Bu insanların reabilitasiyası ilə məşğul olmaq istəyirəm.
Amma hələlik səhhətimlə məşğulam. Buna görə iş-güc sarıdan planlarım planlar üzərində düşünməklə yekunlaşır.

- Siz siyasi məhbus olmusunuz. Xarici ölkələrdən sizə Azərbaycandan kənarda yaşamaq təklifləri olubmu?

- Olmayıb. Mənim belə fikrim də yoxdur. Azərbaycanda yaşamaq istəyirəm. Bu mənim haqqımdır. İstəyirəm ki, hüquqları pozulmuş insanlara bacardığım qədər köməklik göstərim. Çünki uzun müddət ərzində mənim də hüquqlarım pozulub.

- Nişanlısınız. Toy haçandır?

- İnşallah, aprel ayında toy eləmək planım var.