Ruslan Bəşirli ilə bağlı bəyanat verildi

ruslan-besirli-ile-bagli-beyanat-verildi-
Oxunma sayı: 867

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan bəyanatda bildirilir ki, siyasi qərəzlə həbsdə saxlanılan sədri Ruslan Bəşirliyə qarşı yenidən güclənən təzyiq kampaniyasını AXCP xüsusi narahatlıqla qarşılayıb. Bildirilir ki, Ruslan Bəşirlinin yaxınlarının mətbuata verdiyi məlumata görə ona qarşı cəzaçəkmə müəssisəsinin təzyiqlərinin şiddətlənməsi elə bir həddə çatıb ki, Bəşirli intihara əl atacağını deyib: “Ruslan Bəşirliyə qarşı belə rəftar onun vaxtından əvvəl, cəzasının dördə üçünü çəkdiyinə görə məhkəməyə müraciət edərək azadlığa çıxmaq istəyidir. Cəzaçəkmə müəssisəsinin rəhbərliyi fiziki və psixoloji təzyiqlər yolu ilə onu məhkəməyə müraciət etməkdən çəkindirmək istəyir.

AXCP bəyan edir ki, Ruslan Bəşirliyə qarşı törədilən bu hərəkət hakimiyyətin gənc fəala qarşı növbəti anti-humanistliyi və qanunsuzluğudur.

AXCP Ruslan Bəşirliyinin siyasi motivlərlə, qərəzli məhkəmə qərarı əsasında həbs olunmasını xatırladaraq, hakimiyyətdən ona qarşı cılız davranışlara son qoymağı, Avropa Birliyinin, Avropa Şurasının və bir sıra nufuzlu beynəlxalq təşkilatların “Yeni Fikir”in sədrinin azad olunması ilə bağlı çağırışlarına cavab verməyi tələb edir”.