Ruslan Bəşirlinin işi üzrə kommunikasiya başladı

ruslan-besirlinin-isi-uzre-kommunikasiya-basladi-
Oxunma sayı: 673

Bu barədə R.Bəşirlinin atası Cəlil Bəşirli məlumat verib. Onun sözlərinə görə, yerli məhkəmələrdən ədalət gözləmədikləri üçün ümidlərini Avropa Məhkəməsinə bağlayıblar.

Qurban bayramından sonra R.Bəşirli ilə görüşəcəyini deyən C.Bəşirli oğlunun ürək və baş ağrılarından mütəmadi əziyyət çəkdiyini deyir: “Ürəyində və başında ağrılar var. Lazımi dərmanları aparırıq, amma həbsxanada tam müalicəsi mümkün deyil. Azadlığa çıxandan sonra hərtərəfli müalicə etdirəcəyik. Orada təklif edirlər ki, xəstəxanada yatsın. Amma biz razı olmuruq. Bunların xəstəxanasına da etibar etmirik”.
Xatırladaq ki, dövlət çevrilişinə cəhddə və hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunan R.Bəşirli məhkəmənin qərarı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəza müddəti 2012-ci il avqustun 4-də başa çatır.

azadliq.info