Rusları Türkiyəyə cəlb edən – “Yol soruşanda söyüş söyməmələridir”

ruslari-turkiyeye-celb-eden-yol-sorusanda-soyus-soymemeleridir
Oxunma sayı: 647

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə,
yazıda Rusiya ilə müqayisədə Türkiyədə yaşamağın yaxşı tərəfləri göstərilib.

37 səbəbdən bəzilərini təqdim edirik:

1. İlin 340 günü günəşli olur.

2. Qış olmadığı üçün hər il qış geyimləri almağa ehtiyac olmur.

3. Üç tərəfi dənizlə əhatə olunub.

4. Meyvə-tərəvəz bol olur.

5. Rusiyada bir villanı satıb Türkiyədə 100 kvadrat metrlik ev almaq mümkündür.

6. Ruslardan fərqli olaraq türklər gülərüzlü və səmimidirlər.

7. Evsizlər, yoxsullar və qaçqınlar azdır.

8. Narkotik istifadəçiləri ilə satıcıları həbs edirlər.

9. Bura votka ölkəsi deyil, lalə ölkəsidir.

10. Yol soruşana söyüş söymürlər.

11. Uşaqlara xüsusi qayğı göstərilir.

12. Polislə vətəndaş arasında fərq qoyulmur.

13. Donuz əti yemirlər.

14. QİÇS və vərəm xəstələri Afrika ilə müqayisədə xeyli azdır.

15. Ticarətdə rəqib olan şəxslər bir-birilərini öldürmür və ya öldürtmürlər.

Aynur Baxşalıyeva