Brüssel vağzalında terakt törədən şübhəli ölüb

brussel-vagzalinda-terakt-toreden-subheli-olub
Oxunma sayı: 643

Belçikanın paytaxtı Brüsselin mərkəzi vağzalında zərərsizləşdirilmiş şübhəli şəxsin öldüyü bildirilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Soir” nəşri məlumat yayıb.

Qeyd edilir ki, hərbçi vağzalda kiçik partlayış törədən naməlum şəxsi güllələyib.

Prokurorluq üç saat boyunca şübhəli şəxsin vəziyyəti haqqında məlumatlara malik olmayıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları vağzalda vəziyyət nəzarət altında olduğunu bildiriblər.   

Hadisə şahidlərinin sözlərinə görə, naməlum şəxs partlayışdan öncə "Allahu Əkbər" deyərək qışqırıb.