Brüsseldə Azərbaycanla bağlı vacib görüş

brusselde-azerbaycanla-bagli-vacib-gorus
Oxunma sayı: 633

Dünən Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın hüquqi əsasını təşkil edəcək yeni saziş üzrə danışıqların növbəti raundu keçirilib.
 
"Qafqazinfo"ya daxil olan məlumata görə, sazişin siyasi və təhlükəsizlik məsələlərinin müzakirəsinə həsr olunmuş bu danışıqlarda tərəflər arasında məhsuldar fikir mübadiləsi aparılıb. 
 
Danışıqların növbəti raundunun görüşlər, eləcə də video konfranslar vasitəsilə davam etdirilməsi razılaşdırılıb.